Xəbər verdiyimiz kimi, daha əvvəl 7 dəfə evli olan Türkiyənin məşhur müğənnisi Seda Sayan fevralın 14-də birlikdə çalışdığı müğənni Çağlar Öktendən evlilik təklifi alıb.
Bakıvaxtı.az xəbər verir ki, TV8 ekranlarında yayımlanan “2-ci Səhifə” proqramına qoşulan Seda Sayan evlilik prosesindən danışıb.
“Çağlar məni evlənməyə razı salmadı, mən onu razı saldım. Aramızda yaxşı bir enerji var” deyən Seda Çağlarla bir-birlərinə çox güvəndiklərini, bunun da önəmli olduğnu bildirib.
Seda Sayan nişanından da danışıb: “İyulda düşünürdük, amma irəli çəkdik. May ayında nikah masasındayıq” deyən Seda amma dəqiq tarix açıqlamayıb.
Aytac Aslan
















