Abşeron Rayon İcra Hakimiyyətində kadr islahatları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, icra başçısı Abdin Fərzəliyevin əmri ilə, rayonun memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsini icra edən Şahin Bayramov işdən çıxarılıb.
Hələlik onun yerinə təyinat yoxdur.

















