• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

ABŞ 14 tarixi eksponatı Türkiyəyə qaytarıb

DÜNYA

13 Sentyabr 2024 | 12:12

ABŞ 14 tarixi eksponatı Türkiyəyə qaytarıb

ABŞ Türkiyəyə məxsus olan 14 tarixi eksponatı geri qaytarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “X”də yazıb.

O bildirib ki, abidələr arasında iki bürünc heykəl başı və monumental nisbətlərdə bir bürünc qadın heykəli ilə yanaşı, müxtəlif dövrlərə aid sikkələr, bir zərgərlik nümunəsi, Osmanlı tarixinə aid iki xəncər var.

Qeyd olunub ki, 14 arxeoloji və etnoqrafik eksponat illər sonra Türkiyəyə qaytarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026