• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ və İsrail kiber cinayətkarlıqla birgə mübarizə aparacaq

DÜNYA

16 Noyabr 2021 | 00:18 | Müəllif: Subhan Mahmudov

ABŞ və İsrail kiber cinayətkarlıqla birgə mübarizə aparacaq

ABŞ və İsrail kiber cinayətkarlıqla mübarizədə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə departamentinin məlumatına görə, iki ölkə arasında razılıq ABŞ maliyyə nazirinin müavini Valli Adeyemo ilə İsrailin maliyyə naziri Aviqdor Liberman və İsrailin Milli Kiber Təhlükəsizlik Təşkilatının rəhbəri Yigal Unna arasında keçirilən görüşdə əldə olunub.

Qeyd olunur ki, iki ölkə arasında əməkdaşlıq kritik maliyyə infrastrukturunun və yeni texnologiyaların mühafizəsinə, eləcə də dünya dövlətləri və dünya iqtisadiyyatı üçün kiber cinayətkarlığın yaratdığı təhlükəyə qarşı mübarizəyə yönələcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026