• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

AFFA bu komandanı yarışlardan kənarlaşdırdı

İDMAN

13 Iyul 2024 | 00:57

AFFA bu komandanı yarışlardan kənarlaşdırdı

"İrəvan" Futbol Klubu AFFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.

İcraiyyə Komitəsi 1-ci və 2-ci Liqadakı mövcud vəziyyəti müzakirə edib. “İrəvan” FK-nın bir neçə futbolçusunun danışılmış oyunlarda iştirakı etməsi, eləcə də, maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən klub AFFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Qeyd olunub ki, AFFA bu cür neqativ hallara qarşı ciddi mübarizəsini bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, "İrəvan" 2023/24 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparıb. Mayın 29-da isə Peşəkar Futbol Liqası sözügedən klubun 1-ci liqadan kənarlaşdırıldığını açıqlamışdı.


SON XƏBƏRLƏR