• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

AFFA prezidentindən "Qarabağ"a TƏBRİK

İDMAN

17 Sentyabr 2025 | 01:43 | Müəllif: Subhan Mahmudov

AFFA prezidentindən "Qarabağ"a TƏBRİK

AFFA-nın prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın "Benfika" klubu üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, R.Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan "Qarabağ" Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram.

Təbriklər!!!", - o, paylaşımda yazıb.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR