• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Afiyəddin Cəlilov küçəsində təmir işləri başa çatıb

CƏMİYYƏT

10 Iyul 2024 | 14:07 | Müəllif: Əli Hüseynov

Afiyəddin Cəlilov küçəsində təmir işləri başa çatıb

Afiyəddin Cəlilov küçəsində aparılan təmir işləri sona çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini bu barədə məlumat yayıb.

Məlumatda qeyd edilib ki, texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hissə üzrə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Bu işlərə paralel olaraq küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.

Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026