• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağalıda ağacəkmə aksiyası keçirildi

CƏMİYYƏT

29 Sentyabr 2023 | 17:26

Ağalıda ağacəkmə aksiyası keçirildi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngiland təşkil olunmuş “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun iştirakçıları Zəngilan rayonunun Ağalı kəndində ağac əkiblər.

Bakıvaxtı.az xəbər verir ki, tədbir iştirakçılarına kəndlə bağlı məlumat verilib.

Qonaqlar sakinlərlə görüşüb, onlara yaradılmış şəraitlə tanış olublar. Vurğulanıb ki, burada müasir şəhərsalma standartları tətbiq olunub.

Azərbaycanda ilk “Ağıllı kənd”in təməli 2021-ci ilin aprel ayında Prezident İlham Əliyevin iştirakı ilə Ağalı kəndində qoyulub. 2022-ci ilin may ayında layihənin birinci mərhələ üzrə açılışı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026