• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bir qrup şəhid ailəsi Türkiyədə səfərdədir - FOTO

CƏMİYYƏT

29 Oktyabr 2023 | 16:19 | Müəllif: Subhan Mahmudov

Bir qrup şəhid ailəsi Türkiyədə səfərdədir - FOTO

Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsinin Türkiyəyə səfəri təşkil olunub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində şəhid ailələri Kayseri şəhərində qardaş ölkənin şəhid olan hərbi qulluqçularının ailələri və şəhər rəsmiləri ilə görüşüblər.

Bundan başqa, şəhidlərimizin ailə üzvləri Kayseri şəhərinin görməli yerlərində olub, tarixi abidələri, Xocalı parkını və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni, eləcə də qardaş ölkənin şəhid olan hərbi qulluqçularının məzarlarını ziyarət ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026