• Bakı 22° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Ağdamda 55 yaşlı kişini ilan sancdı

HADİSƏ

11 Sentyabr 2024 | 14:46

Ağdamda 55 yaşlı kişini ilan sancdı

Ağdamda 55 yaşlı kişini ilan sancıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Həsənxanlı kəndi ərazisində baş verib.

Kənd sakini 1969-cu il təvəllüdlü Əbdürrəhimov Səfər Sərdar oğlunu kənd ərazisində əkin sahəsində soğan yığarkən ayağından ilan sancıb.

Səfər Əbdürrəhimov Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona zərdab vurulub. Vəziyyətinin stabil olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.APA


SON XƏBƏRLƏR