• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İcarə haqqı az olan obyektlər müsabiqəyə çıxarıldı

HADİSƏ

11 Oktyabr 2024 | 10:42

İcarə haqqı az olan obyektlər müsabiqəyə çıxarıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) icarə haqqı az olan 4 obyekti müsabiqəyə çıxarıb.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, həmin obyektlər Gəncə şəhərində və Goranboy rayonunda yerləşir və onların aylıq icarə qiyməti 21 manatdan başlayır.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 14 noyabr 2024-cü il tarixinədək ƏMDX-nın aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/3Dpju9 linki vasitəsilə tanış olmaq mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026