Ağdaşda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Avtomobil yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Kamran Oruclunu vurub. Xəsarət alan piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 



