• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTOLAR

CƏMİYYƏT

06 Yanvar 2023 | 09:48

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTOLAR

Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonunundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat edib.

Bakıvaxtı.az  xəbər verir ki, “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib. 

Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.

Qeyd edək ki, F.Bayramoğlunun iki yaşlı qızı qalıb.


Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTOLARAğır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTOLARAğır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026