"Qanvermənin müəyyən ağırlaşmaları ola bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Qan Bankının Donorun ilkin müayinəsi şöbəsinin müdiri Günel Əliyeva deyib.
Onun sözlərinə görə, donor olan şəxslərə müəyyən nüanslara əməl edilməsi ilə bağlı göstərişlər verilir.
"Qan vedikdən sonra tez ayağa durmaq olmaz. Həmçinin biz bildiririk ki, qanvermədən əvvəl 1 saat, qan verdikdən sonra isə 2 saat siqaret çəkmək və alkaqol qəbul etmək olmaz".
Mina Mikayılova