• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ-nin kifayət qədər pulu yoxdur - Borrel

DÜNYA

05 Mart 2024 | 16:57

Aİ-nin kifayət qədər pulu yoxdur - Borrel

Avropa İttifaqının müdafiə sənayesi Ukraynaya göndəriləcək tələb olunan silah həcmini və Aİ-yə üzv ölkələrin ehtiyaclarını ödəmək üçün kifayət qədər pulu yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Maliyyələşdirmə prinsipial olaraq vacibdir. Mövcud tələbata cavab vermək üçün bizə maliyyə lazımdır”.

Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının (AK) Ukraynada davam edən münaqişə fonunda siyasi qurumun “müharibə iqtisadiyyatı” rejiminə keçə bilməsi üçün Aİ-yə hərbi sənayeni stimullaşdırmaq yollarını təklif edəcəyi bildirilmişdi. Məlumata görə, müvafiq planı daxili bazar üzrə Avropa komissarı Thierry Breton irəli sürəcək.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026