• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə antiterror əməliyyatı - 340 nəfər saxlanıldı

DÜNYA

04 Aprel 2024 | 14:47 | Müəllif: Subhan Mahmudov

Türkiyədə antiterror əməliyyatı - 340 nəfər saxlanıldı

Türkiyədə polis14 vilayətdə antiterror əməliyyatı keçirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Nazir, Vanda baş verən hadisələr zamanı küçə nümayişləri keçirənlərə qarşı 14 vilayətdə əməliyyat keçirildiyini və 340 şübhəlinin tutulduğunu açıqlayıb.

Xatırladaq ki, 31 mart 2024-cü il yerli idarəetmə orqanlarına seçkilərdə Van Böyükşəhər Bələdiyyəsinə rəhbər seçilən Abdullah Zeydan Ədliyyə Nazirliyinin “PKK-ya yardım” ittihamı ilə etirazı nəticəsində seçilmək hüququnu itirib.

Bu hadisədən sonra Van və Hakkaridə qeyri-qanuni nümayişlər başlayıb. PKK tərəfdarları şəhərlərdə iğtişaşlar törədiblər.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026