• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Nazir avtomobili ilə velosipedçini vurub

DÜNYA

04 May 2024 | 13:15

Nazir avtomobili ilə velosipedçini vurub

Mayın 3-də axşam saatlarında Fransanın iqtisadiyyat naziri Bruno Le Maire şəxsi avtomobili ilə Parisin 6-cı dairəsində Bonapart küçəsində velosipedçini vurub.

Bakıvaxtı.az "Le Figaro"ya istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, velosipedçi toqquşmadan əvvəl qırmızı işıqda keçib.

    Velosipedçi nisbi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis mənbələrinə görə, vurulan şəxs kəllə-beyin travması keçirə bilər.
    Nazir isə alkoqol testindən keçib. "Belə bir hadisə ilə bağlı hər bir vətəndaş kimi o, polis əməkdaşlarının suallarını cavablandırıb və yerindəcə alkoqol testi verib. Narkotik testindən də keçib və hər iki test mənfi olub", - deyə mənbə AFP-yə bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026