"Fələstində bəşəriyyət İslamla birlikdə sınaqdan keçir".
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu III Məşvərət və Qiymətləndirmə Toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Qəzzada və Fələstində bütün bəşəri dəyərlərin səmimiyyət sınağına məruz qaldığını bildirib.
"Qəzza və Fələstində sınanan bizim qardaşlığımızdır, qardaşlıq qanunumuzdur. Ya bu sınaqdan uğurla çıxacağıq, ya da Fələstin xalqına qarşı utanc hissini bir ömür boyu aradan qaldıra bilməyəcəyik. Ya qardaşlıq borcumuzu layiqincə yerinə yetirəcəyik, ya da hər bir günahsız uşağın ölümü ilə ürəyimiz daha da ağırlaşacaq". - deyə Ərdoğan qeyd edib.
Gülşən Şərif
















