Rusiyanın Orenburq vilayətində güclü daşqın səbəbindən fövqəladə vəziyyət tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Denis Pasler “Telegram”da məlumat verib .
Onun sözlərinə görə, fövqəladə vəziyyət dəymiş ziyanı minimuma endirməyə və təbii fəlakətin nəticələri ilə mübarizə üçün bütün resursları toplamağa imkan verəcək.
"Təhlükəli ərazilərdən sakinlərin profilaktik təxliyyəsini həyata keçirmək, yanacaq, ərzaq və ilkin tələbat mallarının tədarükünü təmin etmək lazımdır".
Mina Mikayılova
















