• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cenevrədə NATO ofisi açılacaq 

DÜNYA

04 Aprel 2024 | 14:02

Cenevrədə NATO ofisi açılacaq

İsveçrə Federal Şurası (Hökumət) Cenevrədə beynəlxalq təşkilatlarla təmaslara cavabdeh olacaq NATO ofisinin açılmasına razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer Alen Elçinqer məlumat verib.

Onun sözlərinə görə, ötən ilin sonunda Alyansdan müvafiq müraciət daxil olub:

“Digər məsələlərlə yanaşı, İsveçrə Xarici İşlər Nazirliyi NATO ilə əməkdaşlıqda növbəti addımların hazırlanmasına cavabdehdir. Ofisin açılış tarixləri ilə bağlı məlumat daha sonra veriləcək. İsveçrədə belə bir ofisin NATO-nun ölkə ilə ikitərəfli ofisi deyil, Alyansın Cenevrədə yerləşən beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqə ofisi o lmasından irəli gəlirlər”.

Elçinqer xatırladıb  ki, NATO-nun artıq Nyu-Yorkvə Vyanada  iki belə əlaqə ofisi  var. Onlar hadisələrin çoxtərəfli səviyyədə monitorinqinə kömək edirlər.

Eyni zamanda, İsveçrə Brüsseldəki nümayəndəsi vasitəsilə Şimali Atlantika Alyansı ilə əlaqəni davam etdirəcək.  

Günəş Mərd   

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026