• Bakı 22° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Aktiv olmayan hesablar silinəcək

Multİmedia

18 May 2023 | 12:11

Aktiv olmayan hesablar silinəcək

Əgər uzun müddətdir istifadə etmədiyiniz, lakin davam etmək istədiyiniz Google hesabınız varsa, yenidən daxil olmaq istəyə bilərsiniz. Şirkət bu gün ən azı iki il ərzində aktiv olmayan hesabları silməyə başlayacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Google bunu məxfiliyi artıran bir addım kimi təqdim edir, lakin bu hərəkətin arxasında xərcləri azaltmaq üçün də səylər var. Bu ilin sonundan etibarən hesabı iki il ərzində qeyri-aktiv olan hər kəs 60 gün ərzində hesaba daxil olmazsa, hesabının deaktiv ediləcəyi barədə e-poçt məktubu alacaq. Deaktiv edildikdən sonra, şirkət tərəfindən həmişəlik silinənə qədər daxil olmaq üçün daha 60 gününüz olacaq. Beləliklə, hesabınızı bərpa etməyiniz üçün təxminən dörd aylıq ümumi bildiriş müddəti var ki, bu da kifayət qədər ağlabatan görünür. Google ən tez 2023-cü ilin dekabrında hesabları silməyə başlayacağını bildirir.

Şirkət həm silinmək təhlükəsi olan hesaba, həm də əlavə etdiyiniz bərpa e-poçtlarına xəbərdarlıq e-poçtları göndərəcək. Deaktivasiya və silinmə Gmail, Disk, Sənəd, Youtube, Google Foto, Meet və Təqvim daxil olmaqla, həmin hesabdan istifadə etdiyiniz hər şeyə tətbiq ediləcək.

Bu dəyişikliklər yalnız şəxsi hesablara aiddir, ona görə də iş və ya məktəb e-poçtları silinməyəcək. Şirkətin bəyan etdiyi məxfilik səbəbinin həm də “biz pula qənaət etmək istəyirik” mənasını vermək olar, çünki bütün şirkət büdcələri azaltmağa başlayıb.

Ay Tac


SON XƏBƏRLƏR

19 Aprel 2024