• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yutub Rusiyanın agentlik kanalını sildi

MULTİMEDİA

27 May 2023 | 20:54 | Müəllif: Subhan Mahmudov

Yutub Rusiyanın agentlik kanalını sildi

Quql Rusiyanın “Ura.ru” internet xəbər agentliyinin Yutub kanalını silib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə portalın özü məlumat yayıb.

Məlumata görə, bloklanmaya səbəb Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirilən referendumlarla bağlı videoçarxın dərc edilməsi olub:

“Biz ilk xəbərdarlığı mayın 3-də keçən il Xerson vilayəti administrasiyasının Rusiyaya qoşulmaq üçün referendumun keçirilməsi ilə bağlı bəyanatı ilə bağlı videoya görə aldıq. İkincisi isə mayın 12-də Rusiyaya birləşməklə bağlı referendumdan sonra “lxr” və “dxr”da nələrin dəyişəcəyinə dair hekayənin əks olunduğu videodur”.

Kanalın redaktoru qeyd edib ki, kanal mayın 27-də “qaydaların pozulması” ilə üçüncü xəbərdarlıq və avtomatik bloklanma alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026