• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

META cərimələndi - FANTASTİK MƏBLƏĞ

Multİmedia

23 May 2023 | 14:46

META cərimələndi - FANTASTİK MƏBLƏĞ

İrlandiyanın Məlumatların Qorunması Komissiyası Facebook-un sahibi META-nı 1,3 milyard dollar cərimələyib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. cəzaya səbəb Avropa İttifaqının sərhədləri daxilində məlumatların ABŞ-a ötürülməsində nəzərdə tutulan qaydalara əməl edilməməsi olub.

META şirkətindən verilən açıqlamada hökmün ədalətsiz və lazımsız olduğu və qərardan apellyasiya şikayəti veriləcəyi bildirilib.

Qeyd edək ki, 2013-cü ildə Edvard Snouden adlı keçmiş milli təhlükəsizlik agentliyinin əməkdaşı Amerika səlahiyyətlilərinin "Facebook" və "Google" kimi şirkətlərin saxladığı məlumatlara çıxışı olduğunu açıqlamışdı. 2021-ci ildə Amazon eyni səbəbdən 886 milyon dollar cərimə olunmuşdu.

Ay Tac


SON XƏBƏRLƏR

28 Mart 2024