• Bakı 33° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

İş başında infarkt keçirən polkovnik vəfat etdi - FOTO - YENİLƏNİB

CƏMİYYƏT

06 Avqust 2025 | 12:45

İş başında infarkt keçirən polkovnik vəfat etdi - FOTO - YENİLƏNİB

Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat  verilib.  

Rauf Əsədov 1999-cu ildən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayında müxtəlif vəzifələrdə, 2019-cu ildən etibarən Mühafizə Alayanın komandiri vəzifəsində çalışıb, məsuliyyətli və peşəkar fəaliyyəti ilə fərqlənib.

2025-ci ilin 20 iyun tarixində ədliyyə nazirinin müvafiq əmri ilə nümunəvi xidmət etdiyinə və hərbi xidmət vəzifələrini yerinə yetirdiyinə görə ona vaxtından əvvəl polkovnik rütbəsi verilib.

Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Rauf Əsədovun vəfatından kədərləndiklərini bildirir və ailəsinə başsağlığı verirlər. 

Qeyd edək ki, Rauf Əsədov ötən gün infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.

***

08:43

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, polkovnik xəstəxanaya yerləşdirilib, hazırda həkim nəzarətindədir. 

is-basinda-infarkt-keciren-polkovnik-vefat-etdi


SON XƏBƏRLƏR

05 Avqust 2025