• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

"İçərişəhər"də yeni Xidmət Mərkəzi fəaliyyətə başladı

CƏMİYYƏT

05 Sentyabr 2025 | 12:23

İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başladı

"İçərişəhər" sakinlərinin rahatlığını təmin etmək məqsədilə Böyük Qala küçəsi 41 ünvanında yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. 

Belə ki, bu mərkəz İçərişəhər sakinlərinə bir pəncərə prinsipi əsasında müxtəlif dövlət xidmətləri təqdim edir.

Sənəd qəbulu, müxtəlif sənədlərin rəsmiləşdirilməsi, sosial və hüquqi xidmətlərin verilməsində məqsəd sakinlərin zamanına qənaət edərək operativ və effektiv xidmətlərin göstərilməsini təmin etməkdir. 

Xidmət Mərkəzi həftə içi hər gün, saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.


SON XƏBƏRLƏR