“Sərgidə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu DİM-in Aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”də jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər.
“Bəzi ali təhsil müəssisələri ayrıca olaraq əvvəlcədən təyin olunmuş zallarda və saatda daha geniş formada təqdimat nümayiş etdirəcək”
Xatırladıb ki, sərgi 31 iyul-2 avqust 2024-cü il tarixlərində DİM-in elektron imtahanlar korpusunda təşkil ediləcək.
Mina Mikayılova
















