• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Almaniyanın MƏXFİ PLANI: Yüz minlərlə hərbçi...

DÜNYA

12 Iyul 2024 | 23:54

Almaniyanın MƏXFİ PLANI: Yüz minlərlə hərbçi...

Bundesver (Almaniya Silahlı Qüvvələri) NATO qoşunlarının alyansın şərq cəbhəsinə köçürülməsi zərurəti yarandığı halda hərbi və mülki hakimiyyətin hərəkət kursunu müəyyən edən məxfi plan hazırlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Bildirilib ki, plan "Operationsplan Deutschland" və ya OPLAN DEU (alman dilindən tərcümədə "Almaniyada Əməliyyat Fəaliyyət Planı") adlanır.

Söhbət dayanıqlı, möhkəm və döyüşə hazır müdafiə arxitekturasının təmin edilməsindən gedir.

Burada Almaniya NATO-nun Avropadakı "qovşaq nöqtəsi" kimi təsvir edilir, onun əsas vəzifəsi alyansın yüz minlərlə hərbçisinin şərqə köçürülməsini və qoşunların tədarükünü təmin etmək olacaq.

"Bu o deməkdir ki, bir çox küçə və yollar, eləcə də liman infrastrukturu mülki nəqliyyat üçün deyil, hərbi məqsədlər üçün istifadə olunacaq", - Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirilib.

Bundan əlavə, vəzifələrdən biri də hərbi əsir düşərgələrinin tikintisidir./axar.az


SON XƏBƏRLƏR