Türkiyədə müxalifət partiyalarının birləşdiyi "Altılı masa" dağılıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu ittifaqda təmsil olunan İYİ Partiya baş katibi Uğur Poyraz deyib.
Onun sözlərinə görə, 6 qurum arasında yaranan "Millət İttifaqı" seçki birliyi olduğu və seçki yekunlaşdığı üçün fəaliyyətini başa vurub.
İYİ Partiya İstanbul millət vəkili Cihan Paçacı "Millət İttifaqı"nın gələcəyinin müzakirə mövzusu olmasından danışaraq, qeyd edib ki, sonrakı prosesdə müxalifət partiyaları öz daxilində əməkdaşlığa gedirlər: "Bunu ittifaq da, əməkdaşlıq da adlandırmaq olar. Hazırda gündəmdə əməkdaşlıq etmək üçün heç bir məsələ yoxdur. Amma qarşıdakı dövrlərdə buna ehtiyac yaranarsa - yerli seçkilərdə də olacaq, ondan əvvəlki bəzi qanunlarda ola bilər - müxalifət partiyaları heç bir kriteriya qoymadan qiymətləndirmə aparacaqlar".
C.Paçaçı vurğulayıb ki, hazırda ittifaqın davamı mənasında heç nə qalmayıb: "Hazırda əməkdaşlıq tələb edən heç bir məsələ yoxdur".
Murad Məmmədli
















