• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

ANAMA əməkdaşı Ağdamda minaya düşüb - YENİLƏNİB

HADİSƏ

26 Dekabr 2023 | 18:42

ANAMA əməkdaşı Ağdamda minaya düşüb - YENİLƏNİB

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun vəziyyəti qənaətbəxşdir.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a bildirilib ki, xəsarət alan şəxsə bütün zəruri ilkin tibbi dəstək göstərilib və Gəncə klinik xəstəxanasına təxliyə olunub.

Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

16:23

Dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

***

15:32

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının son durumu açıqlanıb.

Agentlikdən Bakıvaxtı.az-a bildirilib ki, minaya düşən Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.

***

14:00

Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə Bakıvaxtı.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

 

 

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR