• Bakı 21° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Anar Kərimov Gürcüstanın Baş naziri ilə görüşüb

SİYASƏT

08 Iyul 2021 | 18:50

Anar Kərimov Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstan səfəri çərçivəsində mədəniyyət naziri Anar Kərimov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.

Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.

Görüşdə bir sıra önəmli məsələlər də müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026