• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Anar Kərimov Rauf Abdullayevlə görüşdü - FOTO

CƏMİYYƏT

28 Oktyabr 2022 | 16:43

Anar Kərimov Rauf Abdullayevlə görüşdü - FOTO

Mədəniyyət naziri Anar Kərimov Xalq artisti, dirijor Rauf Abdullayevlə görüşüb.

Bakıvaxtı.az  xəbər verir ki, Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edən Anar Kərimov ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. 

Azərbaycan mədəniyyətində xüsusi yeri olan sənətkar, yeni layihələr və gənc nəslin musiqi zövqünün formalaşmasında həyata keçirilən tədbirlərdən, gənc və istedadlı musiqiçi nəslinin doğru istiqamətləndirilməsi yönündə aparılan işlərdən söhbət açıb.

Qeyd edək ki, R. Abdullayev Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı, Dövlət Mükafatı laureatıdır.

R. Abdullayev bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.


Anar Kərimov Rauf Abdullayevlə görüşdü - FOTOAnar Kərimov Rauf Abdullayevlə görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR