• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Anbardan 24 min manatlıq oğurluq edildi

HADİSƏ

20 Yanvar 2023 | 10:56

Anbardan 24 min manatlıq oğurluq edildi

Bakıda fabrikin anbarından 24 min manatlıq oğurluq edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fabrikin anbarından 24 min manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Mahir Səfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026