• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Ankarada COP29-a hazırlıq prosesi müzakirə olunub

COP29

08 Avqust 2024 | 16:05

Ankarada COP29-a hazırlıq prosesi müzakirə olunub

Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin Avropa İttifaqı işləri və Xarici Əlaqələr İdarəsinin direktoru Halit Hatip Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələlərini müzakirə etmək üçün ölkənin İqlim Dəyişmələri İdarəsinə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Ankaradakı müzakirələrdə Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri professor Halil Hasar, Ekologiya və beynəlxalq siyasət məsələlərinin müzakirəsi departamentinin rəhbəri Ayşin Turpancı, ekspert icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycanda COP29 çərçivəsində təşkil edilməsi planlaşdırılan yüksək səviyyəli proqram üzrə fikir mübadiləsi aparılıb.

Digərləri məsələlərlə yanaşı, COP29-dakı Türkiyə pavilyonunda təşkil ediləcək tədbirlər, eləcə də iqlim dəyişmələrinin nəticələrinə qarşı prosesinin rəqəmsallaşdırılması üzrə səylər nəzərdən keçirilib.


SON XƏBƏRLƏR

14 Yanvar 2025