• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Antibiotiklər hansı hallarda verilə bilər?

CƏMİYYƏT

14 Yanvar 2022 | 19:33 | Müəllif: Qalib İbrahimoğlu

Antibiotiklər hansı hallarda verilə bilər?

“Koronavirusa yoluxanların əksəriyyəti simptomsuz və ya zəif simptomla xəstəliyi keçirir”.

Bu barədə Bakıvaxtı.az-a infeksionist Mərdan Əliyev bildirib.

Onun sözlərinə görə, belə xəstələrə dərman müalicəsinə ehtiyac yoxdur: “Misal üçün, xəstənin qızdırması yoxdur, yüngül boğaz ağrısı və bir qədər halsızlıq varsa, nəyəsə ehtiyac yoxdur. Bəzi insanların testinin cavabı pozitiv çıxdığı halda klinik əlamətlər olmur. Belə hal olduqda da dərman müalicəsinə ehtiyac yoxdur”.

Həkim qeyd edib ki, orta-ağır gedişli koronavirus infeksiyasında müəyyən vitamin preparatları lazımdır: “Xüsusilə D vitamini mütləq lazımdır, çünki vius infeksiyasında rolu böyükdür. Həmçinin, immun sistemini yaxşılaşdıran və simptomatik dərmanlar lazımdır. Misal üçün, əgər qızdırma və halsızlıq varsa, müəyyən qızdırmasalıcı dərmanlar, sistem şəklində damcı ilə gedən dərmanlardan istifadə etmək olar. Bu vasitələr xəstəliyin tez sağalması və ağırlaşmaması üçündür. Bu vasitələrlə yanaşı, təbii ki, istirahət rejimi də olmalıdır”.

M.Əliyev ciddi xəstəliyi olmayanların gedib apteklərdə dərmanlar alıb istifadə etdiyini müşahidə ediklərini vurğulayıb: “Bəzən xəstələr bir-biri ilə əlaqə saxlayır, istifadə etdikləri dərmanları bir-birlərinə verirlər. Ən pis hal budur ki, antibiotiklər çox istifadə olunur. Hətta yüngül xəstələrə də antibiotik məsləhət görürlər. Təbii ki, bunu etmək olmaz, sonra çox böyük fəsadlara səbəb ola bilir. Antibiotiklər ağır dərmanlardır, bakteriyalara təsir göstərmək üçündür. Biz onu viruslu xəstəyə verdikdə heç bir təsiri olmur”.

Dediyinə görə, antibiotiklər hətta xəstənin vəziyyətini ağırlaşdıra bilər: “Bu antibiotiklərin böyrəklərə və qaraciyərə də çox böyük təsirləri var. Bu səbəbdən, istifadə etmək tövsiyə olunmur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026