• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Aptekə dərman almağa gələn kişi qəfildən öldü

CƏMİYYƏT

21 Mart 2023 | 13:18

Aptekə dərman almağa gələn kişi qəfildən öldü

Kürdəmirdə aptekdən dərman almaq istəyən 60 yaşlı kişi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən apteklərdən birində qeydə alınıb.

Belə ki, rayonun Şahsevən kənd sakini 1963-cü il təvəllüdlü Baxşıyev İlqar Əli oğlu aptekdən dərman almaq istəyərkən anidən halı pisləşib.

Ətrafdakı insanlar onu dərhal xəstəxanaya aparmaq istəyiblər. Məlum olub ki, İ.Baxşıyev vəfat edib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Hazırda fakt araşdırılır./report


SON XƏBƏRLƏR

28 Mart 2024