İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, “Report” un əldə etdiyi məlumata görə, bu vəzifə Aqil Əzizova həvalə olunub.
O, indiyə qədər agentlikdə daxili auditor vəzifəsində çalışıb. Yeni təyinatla sədr müavinlərinin sayı 4-də çatıb.