• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Arif Babayev: Şuşada buna məəttəl qaldım

MƏDƏNİYYƏT

13 May 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

Arif Babayev: Şuşada buna məəttəl qaldım

"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında çıxış edən xalq artisti Arif Babayev təəssüratını bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, xalq artisti Teleqraf.com-a açıqlamasında festivalın yüksək səviyyəsində təşkil olunduğunu deyib.

“Mən 70-dən çox ölkəyə səyahət etmişəm, amma belə festival görməmişəm. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı yüksək səviyyədə təşkil edildiyi üçün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Orada çox böyük işlər görüblər. Şuşadakı otellərə baxıram, çox rahat və yüksək səviyyəlidir. Şuşada abadlıq işləri çox xoşuma gəldi. Mən festivalın bu cür təşkilatçılığına məəttəl qaldım”, - o bildirib.

Xalq artisti vurğulayıb ki, festivalda səhnəyə çıxarkən Şuşadakı illərini xatırlayıb:

“Festivalda “Ay bəri bax” xalq mahnısını ifa etdim. Mənim uşaqlıq və cavanlıq illərim Şuşada keçib. Ağdamda doğulmuşam. Allah Prezidentimizin canını sağ eləsin, Mehriban Əliyeva çox sağ olsun. Prezident İlham Əliyev və Mehriban Əliyeva festivalda mənimlə çox mehribancasına görüşdülər”.

Arif Babayev bildirib ki, yenidən Şuşaya getmək istəyir: “Yenidən Şuşaya getmək istəyirəm. Şuşadan ötrü ölürəm! Oranın havası, təbiəti çox gözəldir”.

Qeyd edək ki, Arif Babayevin 86 yaşı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR