• Bakı 19° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Attraksionların təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb

CƏMİYYƏT

20 May 2025 | 10:10

Attraksionların təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb

Azərbaycanda “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Layihə Azərbaycan ərazisində attraksionların təhlükəsizliyinin təmin olunması, onlara dair məcburi tələblərin müəyyənləşdirilməsi və attraksionların istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsinə dair əsas tələbləri əhatə edir.

Gələcəkdə attraksionların təhlükəsizliyinə dair digər texniki reqlamentlər qəbul olunduğu halda, ölkə ərazisində fəaliyyət göstərən attraksionlar həmin bütün normativ sənədlərin tələblərinə uyğunlaşdırılmalıdır.


SON XƏBƏRLƏR