• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Ötən ay zəhərlənmədən 4 nəfər ölüb

CƏMİYYƏT

03 Sentyabr 2024 | 11:51

Ötən ay zəhərlənmədən 4 nəfər ölüb

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzdən bildirilib.

Məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

Həmçinin 16 nəfərin ilan sancması, 7 nəfərin allergik reaksiya, 2 nəfərin rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfərin botulizm səbəbilə şöbəyə yerləşdirildiyi bildirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Qeyd olunub ki, ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026