• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa İttifaqı COVID-19-un yeni dalğasına hazırlaşır

DÜNYA

06 Sentyabr 2022 | 21:38 | Müəllif: Subhan Mahmudov

Avropa İttifaqı COVID-19-un yeni dalğasına hazırlaşır

Avropa İttifaqı payızda COVID-19-un yeni dalğası gələnədək öz vətəndaşlarını koronavirus infeksiyasından qorumaq niyyətindədir.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, Avropa Parlamentində əczaçılıq sənayesinin nümayəndələri deputatlarla ikinci nəsil peyvəndlərin istehsalını müzakirə ediblər.

Sentyabrın 1-də Avropa Dərman Agentliyi "BioNTech/Pfizer" və "Moderna"nın yeni versiyalarının tətbiqinə razılıq verib. Avropa Komissiyası isə üzv dövlətlərdən təcili olaraq milli peyvənd strategiyalarını hazırlamağı xahiş edib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin proqnozuna görə, kifayət qədər sakit yaydan sonra bir neçə ölkə yoluxma hallarında artım görə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026