İngiltərənin şərqində Lassa qızdırmasından ilk ölüm hadisəsi qeydə alınıb.
Bakıvaxrtı.az xəbər verir ki, bu barədə Britaniya Səhiyyə Agentliyi (UKHSA) məlumat verib.
Qeyd olunub ki, xəstəlik Qərbi Afrikaya səyahət etmiş üç şəxsdə aşkarlanıb ki, onlardan biri artıq vəfat edib.
Qurumdan bildirilib ki, hazırda ictimaiyyət üçün risk çox aşağı olaraq qalır.
Hazırda həkimlər xəstələrlə yaxın təmasda olan şəxslərlə əlaqə saxlayırlar./medicina.az/
















