• Bakı 14° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

Avtomobil dərəyə aşdı 3 ölü, 2 yaralı

HADİSƏ

29 Aprel 2024 | 11:54

Avtomobil dərəyə aşdı 3 ölü, 2 yaralı

Türkiyədə avtomobil dərəyə uçub.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir ki, hadisə Ərzurum şəhərində baş verib.

Məlumata görə, qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yusuf Qoçun (65) idarə etdiyi avtomobil Kirəçli aşırımında 2 min 415 metr yüksəklikdən 30 metr aşağıda dərəyə düşüb.

Sürücü Yusuf Qoç, sərnişinlər Güvən Külekçi (56) və Veysel Qoç (65) hadisə yerində həyatını itirib, yaralanan 2 nəfər isə Ərzurum Şəhər və Atatürk Universiteti Araşdırma Xəstəxanalarına aparılıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

14 May 2024