• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Avtomobil  piyadanı vuraraq öldürdü

HADİSƏ

15 Noyabr 2022 | 09:28

Avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil naməlum piyadanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə noyabrın 14-ü saat 16:24-də paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti 155-in qarşısında qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1997-ci il təvəllüdlü Müseyibov Sənan Tehran oğlu idarə etdiyi "Tayota" markalı avtomobillə 35-40 yaşlarında naməlum kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026