• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Şirkət maşını 41 yaşlı qadını vuraraq öldürdü

HADİSƏ

14 Dekabr 2022 | 17:23

Şirkət maşını 41 yaşlı qadını vuraraq öldürdü

Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında Zabrat qəsəbəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Məmmədkərim Cəlilov şirkətlərdən birinə məxsus “Daewo” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Şəfiyevanı vurub.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən piyada orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026