• Bakı 15° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Axtarışda olan 33 nəfər tutuldu

CƏMİYYƏT

10 Aprel 2021 | 11:24

Axtarışda olan 33 nəfər tutuldu

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğu üçün ümumilikdə 33 nəfər, o cümlədən borclu qismində olan axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026