“Az çəkili uşaqlar və vaxtından əvvəl doğulan uşaqlar daha çox xəstəliyə meyillidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, uşağın çəkisi 2000 qramdırsa, ona hepatit əleyhinə, 2500 qramdırsa vərəm əleyhinə peyvənd vurula bilər.
"Çalışmaq lazımdır ki, peyvənd tam sağlam uşaqlara vurulsun".
A.Əliyeva qeyd edib ki, doğumdan sonra 12 saat ərzində peyvəndlər vurulmasa belə, sonra mütləq həmin peyvəndlər vurulmalıdır.
Mina Mikayılova






jpg-1726829617.webp)









