• Bakı 21° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Ədəb-ərkanı aşan TV-lər: Efirdə təhqir var deyə...

CƏMİYYƏT

20 Sentyabr 2024 | 13:16

Ədəb-ərkanı aşan TV-lər: Efirdə təhqir var deyə...

Efirlərimizin hazırkı vəziyyətı heç də ürəkaçan deyil. Bəzi verlişlərdə baş verənlər, qeyri-etik davranışlar, danışıqlar tamaşaçını narahat edir. Hətta “televiziyaya baxanların sayı azalıb” desək yanılmarıq.

Əksəriyyət hesab edir ki,TV-lərdə əvvəlki vaxtalrda olduğu kimi bədii şuraların bərpasına ehtiyac var. Efirlərdə senzuraya ehtiyac duyulduğunu deyənlər də az deyil.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən professor, tele-tənqidçi Qulu Məhərrəmli bildirib ki, efirdə danışıq, davranış, etik hədlərin gözlənilməsi, diskussiya mədəniyyətinin uyğun çərçivədə aparılması üçün heç bir senzura lazım deyil.

Q.Məhərrəmlinin sözlərinə görə, əgər efirdə kimlərsə bir-birini təhqir edirsə, normal mübahisə apara bilmirsə, məsələni polemikadan çox dava-dalaşa aparıb çıxarırsa, o adamların özünə diqqət yetirmək lazımdır:

“Efirdə təhqir var deyə senzura qoymaq düzgün yanaşma deyil. Elə olsa, gərək efirə heç nə verməyək”.

Qulu Məhərrəmli: Əgər efirdə kimlərsə bir-birini təhqir edirsə, normal mübahisə apara bilmirsə...

Professor nəzərə çatdırıb ki, efir rejissoru, efir redaktoru, proqramı düzən-qoşan, ona tərtibat verən, təşkilati işlərinə cavabdeh olan prodüsserlər var ki, onların hər biri birbaşa qaydaların, etiketlərin gözlənilməsinə cavabdehdirlər:

“Bunlar olandan sonra üstəlik bir də senzura qoymağa heç bir ehtiyac yoxdur. Çünki senzura həm də məzmunu daraldır. Ona görə də o qadağalardan ümumiyyətlə, qurtarmaq lazımdır. Normal düşüncəsi olan, davranışı olan, qərəzsiz olan hər bir polemika tamaşaçı üçün maraqlıdır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

20 Sentyabr 2024