• Bakı 14° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

Gündəm

22 Aprel 2024 | 14:41

Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata əsasən azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1429.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.


SON XƏBƏRLƏR

03 May 2024