• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

AZAL Bakıdan Sofiyaya bilet satışına başlayıb

İQTİSADİYYAT

09 Aprel 2024 | 18:51 | Müəllif: Subhan Mahmudov

AZAL Bakıdan Sofiyaya bilet satışına başlayıb

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 7-dən etibarən Bakıdan Sofiya şəhərinə və əks istiqamətdə həftədə iki dəfə uçuş yerinə yetirəcək. Aviaşirkət artıq bu marşrut üzrə bilet satışına başlayıb.

AZAL-dan Bakıvaxtı.az-a bildirilib ki, uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Bolqarıstanın paytaxtı və ən böyük şəhəri olan Sofiya zəngin tarixi və mədəni görməli yerləri ilə səyahətçilərin diqqətini cəlb edir.

Aviabiletləri rəsmi azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026