• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Azərbaycan boksçusu dünya çempionu oldu

DÜNYA

05 Noyabr 2021 | 23:07

Azərbaycan boksçusu dünya çempionu oldu

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib braziliyalı Keno Maçado olub. 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi ilə döyüşün ilk raudunda 5 hakimdən 4-ü qələbəni Domingesə verib. Yalnız 1 hakim Maçadonu fərqləndirib.

İkinci raundda Azərbaycan təmsilçisini 5 hakimdən 3-ü üstün sayıb.

Üçüncü raundda Maçado nisbətən fəallaşıb. Bunun nəticəsində o, yekunda fərqi minimuma endirə bilib. Beləliklə, Dominges 3:2 hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə dünya çempionu olub. Daha əvvəl o, Minsk-2019 II Avropa Oyunlarının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı adını qazanıb.

Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sərxan Əliyev 71 kq, Məhəmməd Abdullayev isə 92 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Dünya çempionuna kəmər və 100 000 ABŞ dolları, bürünc medalçılara 25 000 dollar mükafat verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026